Bakıda Azərbaycan və İtaliya klassik musiqisi konserti keçiriləcək

21.04.2017 16:40     Artreaksiya     1555

Aprelin 28-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İtaliya klassik musiqisi konserti keçiriləcək.

"Report" xəbər verir ki, konsert iki ölkə arasında diplomatik əlaqələr qurulmasının 25 illiyinə həsr olunub.

Konsertdə soprano Fəridə Məmmədova, bariton və kontr-tenor İlham Nəzərov, tenor Adil Axundov tərəfindən C.Puççini, C.Verdi, K.Monteverdi, K.Əlizadə və başqalarının klassik əsəsrləri səsləndiriləcək.

Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru isə Pyerluici Destro olacaq.

Reaksiya.az

Şərhlər