“Yuğ” Teatrı mövsümə “Boy”la yekun vurub

07.07.2017 11:35     Artreaksiya     1583

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşasını teatrsevərlərə təqdim edib.

Teatrın mətbuat xidmətindən  Reaksiya.az-a bildirilib ki, sənət ocağı ideya müəllifi və quruluşu rejissoru Tərlan Engin olan səhnə əsəri ilə mövsümə yekun vurub.
Tamaşanın quruluşçu rəssamı Rəşid Şərif, rejissoru Ər-Toğrul, musiqi tərtibatçısı isə Mələk Vəlizadədir.
Tamaşada rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı, Elgün Həmid ifa edib.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Səhnə əsərində insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb. Vurğulanıb ki, çoxları etiraf etməsə də, hər kəs ölümsüz həyat arzulayır. Bunun yolu isə, nə qədər paradoksal səslənsə də, ölümdən keçir.
 
Ülviyyə Ədalətqızı

Şərhlər