Çinarə Məlikzadə daha bir REKORDA İMZA ATDI - VİDEO

13.07.2017 12:34     Artreaksiya     1603

Dünya və Azərbaycan mahnılarını özünəməxsus tərzdə oxuyan müğənni Çinarə Məlikzadə bu dəfə Manaf Ağayevin “Ay canı yanmış”ını oxuyub.

Pianoda ifa edərək mahnını səsləndirən ifaçı görüntüləri sosial şəbəkədə paylaşıb. O, videoya “Səsinə, sənətinə, insanlığına və ailəsinə böyük hörmət etdiyim gözəl insanla görüşümüzdən”, - deyə qeyd edib.

Sözügedən videonu öz səhifəsində paylaşan Manaf Ağayev isə gənc həmkranın bu addımından çox razı qaldığını etiraf edib.

Ç.Məlikzadənin bu videosu instaqramda izləyicilər tərəfindən də böyük marağa səbəb olub. Video qısa müddətdə bəyənilmə rekordu qırıb.

Xatırladaq ki, Çinarə Məlikzadə musiqisi Elza İbrahimovaya, sözləri isə Əliağa Kürçaylıya aid olan “Gedək üzü küləyə” mahnısı sayəsində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar