Rejissor Mərdan Feyzullayev vəfat edib.

15.08.2017 10:37     Artreaksiya     1860

Azərbaycan Respublikasının Əməkdar artisti, Rusiya Federasiyasının II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin sahibi rejissor Mərdan Feyzullayev vəfat edib.

Reaksiya.az-ın məlumatına görə, Mərdan Feyzullayevin yaradıcılığa otuz il bundan əvvəl Azərbaycanda başlayıb. O, əvvəlcə Mirzağa Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini, sonra Moskvada Şukin adına Dramatik Məktəbin rejissorluq fakültəsini bitirib. Sabit Rəhman adına Şəki teatrında aktyor, rejissor, baş rejissor vəzifələrində işləyib. Keçən əsrin səksəninci illərində Şəki teatrı Hüseynağa Atakişiyevin və Mərdan Feyzullayevin quruluş verdiyi tamaşalarla Sovet İttifaqının bir sıra şəhərlərində, o cümlədən Moskvada qastrol səfərlərində olub. M.Feyzullayevin quruluş verdiyi bir sıra tamaşalar - Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, “Anamın kitabı”, Çingiz Aytmatovun “Gün var əsrə bərabər”, Hüseyn Cavidin “İblis”, Nodar Dumbadzenin “Ağ bayraqlar”, Bəxtiyar Vahabzadənin “Dar ağacı” və bir sıra başqa əsərlər sənətsevərlər və teatr biliciləri tərəfindən hərarətlə qarşılanıb.
 
İyirmi ildən çoxdur ki, M.Feyzullayev Moskvada yaşayıb və işləyib. Rusiyada “Jar-ptitsa” Moskva Uşaq Kukla Teatrının rejissoru vəzifəsində çalışıb.
Azərbaycan mədəniyyətinin və tetırının inkişafı və Rusiya Federasiyasında tanınması baxımından isə 2009-cu ilin aprel ayında Moskvada yaradılmış “Dərviş teatrı” M.Feyzullayevin yaradıcılığında xüsusi yer tutub. Şəxsi maliyyə dəstəyi və aktyorlarla şəxsi tanışlığı sahəsində Moskvadakı Azərbaycan teatırının bu günə qədər qoruyub saxlamaqla yanaşı inkişaf etdirib, böyük uğurlar qazanıb.
 
Dərviş tetırı Moskvada Azərbaycan mədəniyyətini, mənəviyyatını, tarixinin, rus dilində teatır vasitəsi ilə rusiyalı tamaşaçıya təqdim edirdi. Belə ki, “Lənkaran xanın vəziri”, “Şekspir, “Gülüstan”, “Arşın mal Alan” kimi səhnələr tamaşaçı rəğbəti qazanmış və Rusiyanı qarış-qarış gəzib.
Mərdan Feyzullayevlə vida mərasimi bu gün Moskvanın “Jar-ptitsa” tearının divarları arasında baş tutacaq.
 
Allah Rəhmət eləsin.
 
Ülviyyə Ədalətqızı

Şərhlər

Çox oxunanlar