İsveçrənin “Mats-up” caz kollektivi Bakıda çıxış edəcək

İsveçrənin “Mats-up” caz kollektivi Bakıda çıxış edəcək
Tarix: 30.08.2017 22:05
Oxunma sayı: 463
Paylaş:
Xəbər verdiyimiz kimi, oktyabrın 20-dən 28-dək Bakıda “Baku Jazz Fest-2017” Beynəlxalq Caz Festivalı keçiriləcək.
 
Reaksiya.az xəbər verir ki, Festivalın yeddinci günü rejissor Frensis Fort Koppolanın “Klub Kotton” filminin nümayiş etdirilməsi ilə başlanacaq.
 
Baş rolda Riçard Girin çəkildiyi filmdə təsvir edilən hadisələr 1928-1938-ci illərdə baş verir. Nyu-Yorkdakı dəbdəbəli “Kotton” musiqi klubunda trubaçalan kimi fəaliyyət göstərən Diksi Duayrın əlində truba adi musiqi alətindən qat-qat artıq təsir bağışlayır. Diksi musiqi ilə mafiya arasındakı sürüşkən yolla getməyi bacaran yeganə adamdır. Bir dəfə “Kotton” klubunda Vera ilə rastlaşandan sonra Diksinin həyatı onun musiqisindən daha qızğın olur.
 
Elə həmin gün saat 19:00-da caz musiqisi həvəskarları “Rotunda”da İsveçrənin “Mats-up” qrupunun çıxışından həzz alacaqlar. Trubaçalan Matiass Spilmanın rəhbərlik etdiyi, caz kollektivinin elementləri ilə kamera ansamblının geniş səs diapazonunu özündə birləşdirən bu qrup indiyə qədər 200-dən çox canlı konsert verib. Kollektivə Spilmandan başqa Reto Suner (saksofon), Mark Min (fortepiano), Dominik Eqli (zərb alətləri) və Rafael Bossat (bas) daxildir.
 
Ülviyyə Ədalətqızı

Şərhlər