Moskvada "Koroğlu" baletinin premyerası keçiriləcək

21.10.2017 13:07     Artreaksiya     1169

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyanın Dövlət Rəqs Ansamblı Moskvada keçiriləcək "Mənim Azərbaycanım" adlı konsertlə çıxış edəcək.

Konsert oktyabrın 26-da Çaykovskiy adına konsert zalında baş tutacaq.

Konsert çərçivəsində "Koroğlu" baletinin premyerası olacaq. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın əməkdar artisti, məşhur xoreoqraf Dikalu Muzakayevdir.

Qeyd edək ki, "Mənim Azərbaycanım" adlı konsert proqramı ilk dəfə birinci Bakı Şoppinq Festivalının açılış mərasimində və "Bakı-2017" IV İslam Həmrəylik Oyunları zamanı təqdim olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar