Noyabr ayında "Bollywood Night" bayramı keçiriləcək

24.10.2017 22:45     Artreaksiya     1774

AMİ Tren-də Bollywood Night iştirakçılarının mətbuat konfransı keçirilib. Tədbirdə Full House Entertainment İdarəetmə Direktoru Dia Soun Xe, Azərbaycanın Hindistandakı Assosiasiyasının prezidenti Sobi T. Abraham, Xalq Artisti Faiq Ağayev, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, müğənnilər Ceyhun Bakinskiy, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova, axşamın aparıcıları Narmina Ağasi, Samir Bayramlı iştirak etdilər.
Hindistanın Azərbaycandakı Assosiasiyasının (İndian Association Azerbaijan) dəstəyi ilə "Full House Entertainment" tərəfindən təşkil edilən möhtəşəm "Bollywood Night" bayramı noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. "Bollywood Night" Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci il dönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.
"Bollywood Nights" Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show" təqdim olunacaq. Azərbaycan Televiziya və radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Gecədə Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiyası təqdim olunacaq.
Qonaqlar sırasında "Hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıkarı, məhz o ifa edir. Müğənni kondertdə özünün "Made in İndia", "Zobbie Zobby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disco rəqqası", "Oyna-oyna", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.
Qonaqlar üçün saat 17:00-dan 21"00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı: https:/www.facebook.com./bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75m.
Biletlər Bakının bütün kassalarında, "28 mall", "Gənclik mall", "Asan xidmət" mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar