Sumqayıt teatrı türk yazarın əsərini səhnələşdirdi - FOTOLAR

12.11.2017 17:52     Artreaksiya     1818

Reaksiya.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı türk yazarı Turqut Özakmanın 3 hissəli Ocaq pyesini səhnəyə qoyub. Tamaşanın qurluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, baş rol ifaçısı isə Əməkdar artist Rauf Ağakişiyevdir. Tamaşa Sumqayıt ictimaiyəti tərəfindən böyük maraqla qarşılanıb, aktyorlar tamaşaçılar tərəfindən gözəl ifaları üçün izdihamlı alqışlanıblar. Qeyd edək ki, hərbi qulluqçular da tamaşaya baxmaq üçün teatra gəlmişdilər.

Sübhan Kərimov

Reaksiya.az

Şərhlər