Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasında əməkdaşlıq genişlənir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasında əməkdaşlıq genişlənir
Tarix: 04.12.2017 17:38
Oxunma sayı: 618
Paylaş:

Reaksiya.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə TürkPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirilib. Hər iki qurumun üzv dövlətlərinin Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğunu vurğulayan G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasındakı əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, digər tədbirlərlə yanaşı ötən il Azərbaycan Respublikası Milli Məclisində «Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə» mövzusunda konfransla birgə rəsm sərgisi təşkil olunub. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı məsələlərindən danışan G.Əfəndiyeva hər iki təşkilatın birgə daha çox layihələr keçirilməsi vacibliyini qeyd edib.

Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının burada yarandığını və bu səbəbdən TürkPA Katibliyinin Bakıda yerləşməsinin təsadüfi olmadığını söyləyən J.Asanov üzv dövlətlərin başçılarının sözügedən təşkilata göstərdiyi dəstəkdən bəhs edib. J.Asanov TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla türkdilli qurumların BMT-nin Nizamnaməsində təsbit edilən norma və prinsiplərə uyğun fəaliyyət göstərdiyini vurğulayıb. J.Asanov, həmçinin dekabrın 8-də Bişkekdə keçiriləcək TürkPA-nın yeddinci plenar iclasında müzakirəsi nəzərdə tutulan məsələlərdən söz açıb.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.  

Şərhlər