Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib

25.12.2017 14:43     Artreaksiya     2318

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində “Muğam Dünyası” klubunun universitetdə birgə təşkil etdikləri «Milli Ahəngimiz» adlı musiqili konsert proqramı professor-müəllim heyəti, tələbələr tərəfindən maraqla qarşılanıb.

Konsert proqramından öncə AzMİU TGT-nın sədri İlahə Həsənova milli musiqilərimizin gənclər arasında təbliği və bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb. AzMİU TGT-nın sədri İlahə Həsənova çıxış edərək bildirdi ki , Cənəb Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib Sonra söz universitetin tədris işləri üzrə prorektoru Akif Qasımova verilib. Prorektor tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, tədbiri açıq elan edib. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək AzMİU-nun rəhbərliyinə dərin təşəkkürünü ifadə edib AzMİU- üzrə «Muğam Dünyası» klubunun koordinatoru Rüstəm Rəzzaqovun yaxından milli musiqilərimizin gənclər arasında təbliği dəstək olduqunu söylədi. » Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Daha sonra çıxış edənlər bildiriblər ki, hazırda «Muğam Dünyası» klubunun qrupunun fesbukda 48 min üzvü var. Qrupda gündəlik muğamla bağlı məlumatlar paylaşılır,təbliğ edilir . Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq «Muğam Dünyası» qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. Bizim «Muğam Dünyası» qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır Tədbirdə çıxış edən Muğam Dünyası klubunun sədr müavini Leyli Hüseynova Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur. vurğulayıblar ki , məqsəd və məramlardan danışıb. — «Muğam Dünyası» klubu olaraq Azərbaycan gənclərini vətənəpərvər görmək istəyirik. Orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də məqsədlərimizdən biridir Konsert Milli Konservatoriyanın istedadlı və gənc xanəndələrin ifasında xalq və bəstəkar mahnıları ilə davam edib. Tədbir iştirakçıları musiqili dəqiqələrindən zövq alıblar.

Reaksiya.az

Şərhlər