Qara Qarayevin 100 illiyinə həsr olunmuş konfrans keçiriləcək

06.02.2018 11:44     Artreaksiya     1694

Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Konfransda Qara Qarayevin yaradıcılığından danışılacaq və Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edən elmi məruzələr dinləniləcək.

Reaksiya.az

Şərhlər