Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib

Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib
Tarix: 07.02.2018 11:28
Oxunma sayı: 829
Paylaş:

“College of Europe” Universitetinin Polşanın paytaxtı Varşava şəhərində yerləşən kampusunda keçirilmiş “Cənubi Qafqazın üç ölkəsinin milli günü” tədbirində Azərbaycan da təmsil olunub. Reaksiya.az-ın xəbərinə görə, universitetin tələbəsi, eyni zamanda Polşa Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı ilə baş tutran tədbirdə “Azərbaycan şərabları” stendi də yer alıb. Azərbaycanın qədim tarixi, musiqisi, ədəbiyyatı və mətbəxi barədə iştirakcılara geniş məlumat verilib. Daha sonra mədəniyyət proqramı çərçivəsində Azərbaycanın milli mahnılarını ifa edən trio - “Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu “Sarı gəlin” mahnısını ifa edib. Tədbirin iştirakçılarına Azərbaycanın Polşadakı Səfirliyinin hazırladığı informasiya xarakterli broşurlar paylanılıb. Həmçinin, ölkəmizin daha yaxşı tanıdılması üçün qonaqlar arasında viktorina keçirilib, Azərbaycan haqqında müxtəlif videoçarxlar nümayiş etdirilib. Universitetin tələbələrindən ibarət xor qrupunun ifasında “Ey həyat, sən nə qəribəsən” mahnısı ilə tədbir başa çatıb.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər