Amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək

15.02.2018 21:56     Artreaksiya     1631

Uzun illərdir ABŞ-ın Nyu York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən, “My Way Development Center" uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşkilatçılığı ilə amerikalı uşaqların Azərbaycana həsr etdiyi rəsm əsərlərinin sərgisi keçiriləcək. Reaksiya.az-ın xəbərinə görə, "Azərbaycan amerikalı uşaqların gözü ilə” adlı sərginin açılışı fevralın 16-da  Bakıdakı "Xatai Art Center"-də olacaq.

Sərginin açılış mərasimində incəsənət xadimləri, ziyalılar, Diasporla İş üzrə Dövlət Komitəsinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak edəcək.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər