DƏRƏLƏRDƏN YEL KİMİ... | Reaksiya

DƏRƏLƏRDƏN YEL KİMİ...

“NUR Art House” sənət ocağı və “Azərbaycan xalçaçıları” İctimai Birliyi xalqımızın sevimli milli bayramı – NOVRUZ Bayramının üçüncü çərşənbəsi – YEL ÇƏRŞƏNBƏSİ münasibətilə hazırlanmış “DƏRƏLƏRDƏN YEL KİMİ...” bayram proqramını keçirəcək.

İctimai Birliyin sədri, professor Röya xanım Tağıyevanın Reaksiya.az-a verdiyi məlumata əsasən, tədbir zamanı tamaşaçılara müxtəlif sürprizlər, memar, modelyer-rəssam, “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyinin sədri Laləndar xanım Novruzovanın bərpa edərək yaşatdığı milli geyimlərdən ibarət de-file, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü xoreoqraf, M.S.Ordubadi Memorial Muzeyinin Baş mühafizi Rasimə xanım Əhmədovanın quruluş verdiyi milli rəqslər, rəssam Ülkər xanım Hacıyevanın milli gəlincikləri, bədii tikmə ustaları Elmira xanım Qasımovanın və Hökumə xanım Qasımovanın əl işləri, Birliyin İdarə Heyətinin üzvü, Rəssamlar İttifaqının üzvü tanınmış xalçaçı-rəssam Eldar Hacıyevin xalçaları və rəngkarlıq əsərləri ilə tanışlıq, “Azərbaycan xalçalarında Novruz adət-ənənələri”  başlığı altında  Birliyin İdarə Heyətinin katibi Gülşən xanım Hüseynovanın “Yel Çərşənbəsinin xalçalarımızda rəmzi – bərabərtərəfli xaç” mövzusunda söhbəti, Novruz oyunları, deyişmələr və s. təqdim ediləcək.

Tədbir 13 mart 2018-ci il tarixində saat 18.00-də İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən NUR Art House-da baş tutacaq.

Reaksiya.az

Advertisement Banner

Şərhlər