“Misir gənc Azərbaycan rəssamlarının gözü ilə” - qaliblər mükafatlandırıldı

26.04.2018 13:38     Artreaksiya     1497

Reaksiya.az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi  arasındakı əməkdaşlığa əsasən 25 dekabr 2017- 05 yanvar 2018-ci il tarixlərində keçirilmiş “Misir gənc Azərbaycan  rəssamlarının gözü ilə” adlı sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Akademik Ömər Eldarov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Dr. Əhməd Sami Elaydi və Akademiyanın professor-müəllim heyəti, tələbələri iştirak etdilər.

Qeyd edək ki, Sərgi-müsabiqədə 16-30 yaş arası gənc rəssamlar iştirak etmişdirlər.  Qaliblər Misirə səyahətlə mükafatlanırılmış və bütün iştirakçılara sertifikat verilmişdir.   

Şərhlər