Azərbaycanda ilk virtual reallıq tamaşası

04.05.2018 14:08     Artreaksiya     1578

WHIST tamaşası virtual reallıq eynəyi ilə Azərbaycanda nümayiş olunan ilk tamaşadır.

Tamaşa unikal hesab olunur: burada virtual reallıq və artırılmış reallıq musiqi effektləri birgə isitfadə olunub.

Tamaşaçı virtual reallıq eynəyini geyinir və qulaqcıqdan gələn səsin vasitəsiylə özünü gördüyü məkanda hiss edir.

3D tamaşanı izləmək üçün izləyici zalda olan fiziki cismlərə baxır və bu zaman onun eynəyində səhnə canlanmağa başlayır.

360 dərəcə ətrafı görməyə imkan verən eynək və güclü səs effektləri sayəsində izləyici tamaşanı daha yaxından duyur.

Goethe-Zentrum Bakı mərkəzinin təşkilatçılığı ilə tamaşa mayın 1-dən 6-na kimi hər gün nümayiş olunur və onlayn qeydiyyatdan keçməklə tədbiri pulsuz izləmək mümkündür.

WHIST tamaşası Ziqmund Freydin psixoanaliz sahəsində yaradıcılığından ilhamlanaraq hazırlanıb.

Tamaşada qan və açıq görüntülər olduğundan 18 yaş və daha böyük tamaşaçılar üçün nəzərdə tutulub.(bbc)

Reaksiya.az

Şərhlər