Əməkdar artist prezidentə təşəkkür etdi

27.05.2018 14:59     Artreaksiya     2257

"Mənim üçün böyük fəxr hissidir ki, məhz, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyində cənab prezidentimiz məni respublikanın "Əməkdar artisti" fəxri adı ilə təltif edib." - bu sözləri Reaksiya.az - a aşıqlamasında bu gün ölkə prezidenti cənab İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncamına münasibət bildirərkən, "Əməkdar artist" fəxri adı ilə təltif olunan Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza bildirib. O, sevincinin həddi - hüdudunun olmadığını bildirərək, qeyd edib ki, bu tarix heç vaxt yaddaşımdan silinməyəcəkdir.

Biz də "Reaksiya.az" olaraq, təbriklərə qoşulur, istedadlı aktyorumuzun sevincini paylaşır, cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Z.Qəriboğlu

Reaksiya.az

Şərhlər