Leyla Əliyevanın əsərləri məşhur sərgidə

Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində, “Port Baku Mall”ın bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin «LivingwithArt» adlı şəxsi sərgisi açılıb.

Festivalın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, sərgidə Kirill İstomin “İnterior Design & Decorating” dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.

Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri, İDEA ictimai birliyinin rəhbəri Leyla Əliyevanın rəsmləri quraşdırılıb.

Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdırlar. Sərgidə həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.

Leyla Əliyeva aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş şəkillər yaradıb. Onun əsərləri artıq Paris, Berlin, London, Moskva şəhərlərində nümayiş edilib.

2002-ci ildə yaradılmış Kirill İstomin “İnterior Design & Decoration” bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir. Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir.

Reaksiya.az

Advertisement Banner

Şərhlər