“Ana” tamaşasının premyerası keçirildi

ADGTT-da Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Milli.Az xəbər verir ki, iyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq Hüseyn Cavidin "Ana" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Teatrın istedadlı aktrisası, Əməkdar Artist Nübar Novruzovanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar - İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edirlər.

 

Qeyd edək ki, böyük dramaturq H.Cavidin "Ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub.

Reaksiya.az

Advertisement Banner

Şərhlər