Rasim Balayevin yubiley tədbiri keçiriləcək

23.07.2018 16:20     Artreaksiya     603

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında xalq artisti, görkəmli aktyor Rasim Balayevin 70 illik yubiley tədbiri keçiriləcək.

Kitabxanadan  verilən məlumata görə, “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. 

Yubiley mərasimində görkəmli aktyorun uğurlu səhnə fəaliyyətindən, filmlərdə yaratdığı yaddaqalan obrazlardan söhbət açılacaq. 

Reaksiya.az

Şərhlər