Görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmu

Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq Artist, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, görkəmli kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş "Şəki, mən səni sevirəm” qısametrajlı bədii, sənədli filmlər və fotoşəkil müsabiqəsi elan edib.

 
Trend-in məlumatına görə, müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə istənilən janrda qısametrajlı bədii, sənədli filmlər və fotoşəkillər qəbul olunur.
 
Müsabiqəyə filmlər müddəti 10 dəqiqədən çox olmamaq şərtilə DVD diskdə təqdim olunmalıdır. Müəllif müsabiqəyə filmlə birgə tərcümeyi-halını da təqdim etməlidir.
 
Müsabiqəyə təqdim olunan fotoşəkillər isə CD diskdə təqdim olunmalıdır.
 
Müsabiqəyə təqdim olunan filmlər və fotolar geri qaytarılmır. Filmlər və fotolar 30 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.


"Ən yaxşı qısametrajlı bədii film", "Ən yaxşı qısametrajlı sənədli film", "Ən yaxşı foto işi" nominasiyalarında I və II yerlərin qaliblərinə pul mükafatları təqdim olunacaq.

 
İnformasiya dəstəyi: Trend, Milli.az, İTV, ATV, ARB
 
Əlavə məlumatı www.arki.az saytından əldə etmək olar.
 
Səməd Vurğun/Süleyman Rəhimov küçəsi 309, "World Business Center", 16-cı mərtəbə

Əlaqə telefonu: (012) 597 48 04; (051) 427 41 03
e-mail: [email protected]

Reaksiya.az

Advertisement Banner

Şərhlər