Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olacaq

Avqustun 31-də Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Prezident İlham Əliyev 2015-ci il oktyabrın 27-də “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalayıb.

Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, ədibin anadan olduğu Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb. 2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.

Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə, 735 eksponat nümayiş olunur.

Reaksiya.az

Advertisement Banner

Şərhlər