“Nəsimi” filmi “YARAT”da göstəriləcək

“YARAT” Film Klubu sentyabrın 4-də rejissor Həsən Seyidbəylinin “Nəsimi” tarixi filmini kinosevərlərə təqdim edəcək.

Tədbirin xüsusi qonağı Azərbaycanın xalq artisti Rasim Balayevdir.

Film Azərbaycan xalqının görkəmli şairi və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr edilib.

Ekran əsəri 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb. Aparıcı rolda çıxış edən aktyor Rasim Balayev isə “Ən yaxşı kişi rolu” mükafatını qazanıb.(azərtac)

Reaksiya.az

Advertisement Banner

Şərhlər