Ukrayna rus yazıçılarının onlarla kitabını qadağan edib

11.08.2015 21:23     Artreaksiya     2377

Ukrayna Milli Təhlükəsizlik Şurası ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığına görə rus yazarlara aid kitabların siyahısını tərtib edərək, həmin əsərlərin ölkəyə gətirilməsini qadağan edib. Bundan sonra Ukrayna Dövlət Televiziya və Radio Verilişləri Komitəsi həmin siyahıya daxil olan 38 əsərin ölkəyə gətirilməsi ilə bağlı əmri səsləndirib. Qadağanı pozanlara isə hansı cəzanın veriləcəyi qeyd olunmayıb.

Qadağan olunanlar arasında Limonov və Dugin də var  

Dezinformasiya ilə mübarizə adı altında kitabları Ukraynada qadağan olunan rus yazıçılarının arasında Sergey Dorenko, Sergey Qlazyev, Eduard Limonov, Aleksandr Dugin və Nikolay Starikov kimi imzalar var. Ukraynanın ərazi bütövlüyü və konstitusiya sistemini pozmaqda günahlandırılan həmin yazarlar, ukraynalı oxucular üçün “təhdid” kimi göstərilir.

Məsələyə münasibət bildirən Kiyev Siyasi Araşdırmalar və Analiz Elmi Mərkəzinin rəhbəri Mixail Poqrebinski isə Ukrayna rəhbərliyinin bu addımını biabırçılıq adlandırıb. Poqrebinski bildirib ki, Avropa mədəniyyətinin bir parçası olmaq istəyən bir ölkə üçün belə tədbirlər tam mənasıyla rəzalətdir: “Duginin kitablarını bəyənə ya da bəyənməyə bilərsiniz, amma yazdıqlarını öyrənməyiniz lazımdır. İndi kurs işi yazan tələbələr Duginin kitablarını əldə edə bilməyəcək".

Qara siyahıya salınan 13 sənətçinin, Krımın Rusiyaya ilhaqı qərarını dəstəklədiklərinə görə “milli təhlükəsizliyə təhdid” yaratdıqları qeyd olunmuşdu. Qadağan olunan sənətçilər arasında rus aktyor Mixail Boyarski ilə müğənni İosif Kobzon da var.

Şərhlər