Bu gün "Azdrama"da dramatik vəziyyət yaranıb - YAZIÇI-DRAMATURQ

12.08.2015 11:30     Artreaksiya     2593

Bunu Reaksiya.az – saytına açıqlamasında yazıçı-dramaturq Firuz Mustafa deyib. O, bildirib ki, teatrda baş verənlər haqda zaman-zaman öz fikrini efirdə deyib: “Daim ekranda, qəzet və jurnallarda fikrimi bildirmişəm. Və yazdıqlarıma görə teatrın repertuarında olan əsərim kənarlaşdırılıb. Çıxışlarıma görə vaxtilə məni tənqid edənlər, teatrın direktoru İsrafil İsrafilovu can-başla müdafiə edənlər indi nəsə eşidib düşüblər onun üstünə, köhnə partiya məmurunu yıxıb-sürüyürlər. Bəs bir vaxt niyə ya susur, ya da "başqa nəğmə" oxuyurdunuz, cənablar və xanımlar?”

Şərhlər