Hindistan səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd edir

Hindistanın Azərbaycandakı Səfirliyində noyabrın 12-də Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd edilib. Tədbir, sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınan Siqh icmasının ilk Qurusu, mənəvi lideri Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edən tədbirlərin tərkib hissəsi idi. Quru Nanak, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan "tək Allah" ismarıcını yaymışdır. Onun əsas fikirlərini Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə çıxış edən Hindistan səfiri B.Vanlalvavna Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, xatirə sikkə və poçt markalarının tədavülə buraxılması, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətinin təşkil edilməsi kimi bu münasibətlə Hindistan Hökümətinin irəli sürdüyü təşəbbüsləri vurğulayıb. Milli Məclisin Möhtərəm deputatı Naqif Həmzəyev tədbirdə iştirak edərək hər iki ölkə mədəniyyətinin mənimsədiyi dini tolerantlılıq və multikulturalizm dəyərləri haqqında danışıb. Tədbirdə digər çıxış edənlər Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin bugünkü dünya üçün aktuallığından söhbət açdı. Bakıdakı Hindistan icmasının nümayəndələri və Hindistanın dostları tədbirdə iştirak edib.

9 noyabr 2019-cu il tarixində Hindistanın Baş Naziri Narendra Modi Qurdsapur, Dera Baba Nanakda Kartarpur dəhlizinin açılışını edib. Hindistanın Pəncab əyalətində yerləşən Dera Baba Nanak Sahib Siqh ziyarətgahlarını Pakistanın Pəncab əyalətində yerləşən Qurdvara Darbar Sahiblə birləşdirən dəhliz, sitayişkarlara Hindistan-Pakistan sərhədindən 4.7 km uzaqlıqda yerləşən Kartarpurdakı Qurdvaranı vizasız ziyarət etməyə imkan verəcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər