Ölkələr arasındakı münaqişələr sabitliyə təhlükə yaradır - Dyakov

05.10.2020 23:45     Artreaksiya     133

Moldova parlamentinin deputatı, parlamentdə Moldova Demokrat partiyasının fraksiya sədri Dmitru Dyakov Feysbuk səhifəsində Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına toxunub.

Reaksiya.az xəbər verir ki, D.Dyakovun sözlərinə görə, bir çox digər postsovet respublikaları kimi, Moldova da separatçı müharibələrin dəhşətlərini yaxşı bilir.

“Ermənistan-Azərbaycan münaqişəsi zonasında mülki əhali arasında çoxsaylı insan tələfatı ilə nəticələnən dramatik hərbi toqquşmalar bir daha onu sübut edir ki, dondurulmuş münaqişələr bölgədə təhlükəsizliyə və sabitliyə təhlükə yaradır, eyni zamanda, bizim dövlətlərin beynəlxalq tanınmış səviyyədə sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınmasının vacibliyini göstərir”, - deyə deputat əlavə edib.

O, həmçinin Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərə toxunub: “Uzun illər ərzində Moldova ilə Azərbaycan ölkələrimizin müstəqilliyi və suverenliyinin möhkəmlənməsində sıx əməkdaşlıq edirlər. Bu, müxtəlif beynəlxalq təşkilatlar və parlamentlərarası əməkdaşlıq paltformalarında bizim birgə təşəbbüslərimizdə özünü göstərir.

Azərbaycan Respublikası ilə Moldova Respublikası 30 illik müstəqilliyi dövründə möhkəm dostluq və qarşılıqlı həmrəylik münasibətləri ilə bağlıdırlar. Bunu mən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə bu yaxında baş tutan son görüşümdə də vurğuladım. Söhbətimiz zamanı Moldova ilə Azərbaycanın qanunverici orqanları arasında səmərəli ikitərəfli parlament münasibətlərinin möhkəmlənməsində maraqlı olduğumuzu qeyd etdim”.

D.Dyakov Moldova Demokrat Partiyasının fraksiya üzvləri adından Dağlıq Qarabağdakı silahlı münaqişənin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib:

“Moldova Demokrat Partiyası döyüşlərə son qoymaq, etimad tədbirlərinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi zonasında iki ölkə arasında gərginliyin azaldılması və münaqişənin BMT Təhlükəsizlik Şurasının qərarlarını rəhbər tutaraq, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinə çağırır”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər