Bəhram Bağızadə ermənilərə müraciət etdi - Qarabağdan çıxın

07.10.2020 15:13     Artreaksiya     602

Əməkdar artist Bəhram Bağırzadə ermənilərə müraciət edib.

Bu barədə o, İnstaqram hesabında yazıb.

“Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirib. Ən əsası isə 10 milyona çatmışıq, çünki Prezidentimiz İlham Əliyev başda olmaqla, yaratdığımız gələcəyimiz var!

Siz isə əbədi müharibənizlə təkbətək qaldınız. Bir müddət əvvəl həyatla, dahi musiqilərlə və bülbüllərin avazı ilə bürünmüş mübarək Qarabağ torpağını Yer üzündəki cəhənnəmə çevirdiniz və öz xalqınızı amansız nifrət virusuna yoluxdurdunuz.

Sizdən sonrakı nəsillərə nə miras qalacaq? Yanmış torpaq? Mina ilə doldurulmuş sahələr? Əsgərləriniz üçün məzar daşları və anaları üçün matəm rəngi?

Özünüzə gəlin! Qarabağdan çıxın və onu öz dağıdıcı varlığınızdan azad edin! Bu mübarək torpaqda körpü tikənlər, uşaqları böyüdənlər və Allaha dua edənlər yaşamalıdır.

Biz müharibəyə nifrət edirik, amma qələbəyə qədər mübarizə aparacağıq! Biz qalib gələcəyik, çünki haqq, ədalət və Allah bizim tərəfimizdədir! Biz qalib gələcəyik, çünki barış və yaradılış üçün doğulmuşuq! Qarabağ Azərbaycandır!” - deyə əməkdar artist rus dilində müraciətində bildirib.

Reaksiya.az

Şərhlər