2 min illik tarixi olan sənət əsəri tapıldı

14.08.2015 14:47     Artreaksiya     2194

Türkiyənin Qazipaşa şəhərinin güneyində yerləşən " Antiocheia ad Cragum" adlı ərazidə üzərində bitki və geometrik şəkillərin əks olunduğu mozaik naxışlı tarixi əsər tapılıb.

Reaksiya.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı aşkarlanan 2 min illik tarixi olan bu sənət incisi ABŞ-ın Nebraska Universitetinin professor-müəllimi Michael Hoffun başçılığı ilə türkiyəli arxeoloqların birgə apardıqları tədqiqat zamanı tapılıb. 2005-ci ildən bəri beynəlxalq arxeoloqların tədqiqat apardığı bu ərazidə ümumi sahələri 600 kvadratmetr olan mozaik naxışlı tarixi əsrlər aşkar edilib. Hazırda yeni aşkar olunan və Roma imperiyası dövrünə aid edilən bu tarixi sənət əsərinin ümumi sahəsi 150 kvadratmetr hesablanıb və ən böyük tarixi əsər hesab olunur.

Qeyd edək ki, arxeoloqlar bu ərazidə qədim hamam və məclis binalarının olmasını da ehtimal edirlər və arxeoloji tədqiqatlarını bu istiqamətdə aparırlar.

Şərhlər