Gəncə Teatrından növbəti açıqlama

14.08.2015 16:01     Artreaksiya     3029

Gəncə Dövlət Dram Teatrında baş verən olaylarla bağlı mətbuatda qalmaqallar səngimək bilmir.

Teatr kollektivinin ayağa qalxması faktını bu dəfə də teatrın baş rejissoru İradə Gözəlova təkzib edib.

O, öz şəxsi facebook səhifəsində bunları paylaşıb:

"Mən Gəncə Dövlət Dram Teatrına baş rejissor yeni təyin olunmuşam. Amma buna baxmayaraq bu teatr mənə çox doğmadır. Teatrın direktoru Əli Qasımovun, həm teatrın bütün kollektivinin sənətə olan sevgisi və münasibəti məni çox fərəhləndirir. Gəncə teatrında çox dəyərli və istedadlı sənətkarlar çalışır. Bu teatra və yaxud teatrın içərisinə ləkə salan adamlara üzümü tutub demək istəyirəm ki, intriqa yaradıb insanların ürəyini bulandırmasınlar. Siz teatrın uğurlarından, yeni tamaşalarından yazin! Vallah bu ölumlü-itimli dünyada qazandığınız böhtanlara, intriqalara görə Siz cavab verəcəksiniz. Qoyun sakitcə sənətimizlə məşğul olaq. Teatra kömək edin, tamaşalara gəlin, onlardan yazın. Qoy Azərbaycan teatrlarında da Sizə görə sağlam rəqabət yaransın. Onda biz sizin adınızı uca tutarıq. İndi isə yox. Çox təəssüflər olsun”.

 

Şərhlər