“Qurdlar Vadisi”ndə sürpriz ad

15.08.2015 12:38     Artreaksiya     3222

“Kanal D”nin ən iddialı serialı olan “Qurdlar Vadisi Pusu”ya maraqlı bir ad daxil olur.

Reaksiya.az xəbər verir ki, Defne Samyeli “Pusu”da Zeynəb obrazını canlandıracaq.

Məşhur aktrisa yeni rolu haqda bunları deyib: "Qurdlar Vadisi Pusu”nun təsir dairəsi təkcə Türkiyəyə deyil, dünyanın bir çox ölkələrinə yayılıb. Bu serialın komandasını uşaqlıq illərindən tanımışdım. Necati Şaşmaz mənə bu təklifi verən kimi heç düşünmədən “hə” dedim. Zeynəb rolunu illərdir ki, oynamaq istəyirdim,  gənclik dövrümdən bəri xəyal etdiyim bir xarakterdir. Hissim, biliyim, təcrübəm və əməyimlə “Qurdlar Vadisi Pusu”ya ən səmərəli şəkildə kömək edəcəyəm”.

Şərhlər

Çox oxunanlar