Məşhur aktrisa vəfat edib

23.11.2020 15:59     Artreaksiya     798

“Varlılar da ağlayır”, “Yabanı qızıl gül” seriallarında rol alan meksikalı aktrisa Maleni Morales vəfat edib.

Report-un RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Meksika Aktyorlarının Milli Assosiasiyası tvitterdə məlumat yayıb.

“Aktyorlarının Milli Assosiasiyası, bu gün dünyasını dəyişən həmkarımız Maleni Moralesin vəfatından dərin təəssüf hissi keçirir. Otto Sirqoya, ailəsinə və dostlarına başsağlığı veririk”.

Morales 45 ildən çoxdur aktyor Otto Sirqo ilə evli idi. Onun ölüm səbəbi açıqlanmır.

Reaksiya.az

Şərhlər