Cıdır düzündə əsgərlərimiz üçün konsert keçirildi

23.12.2020 11:46     Artreaksiya     601

Ötən gün Şuşada əsgərlərimiz üçün konsert təşkil edilib.

Kult.az xəbər verir ki, bu barədə xalq artisti Tünzalə Ağayeva İnstaqram hesabında qeyd edib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Cıdır düzündə keçirilən konsertdə müğənni Abbas Bağırov, Cavid, Ənvər Sadıqov, Almaz Orucova və Azad Şabanov çıxış ediblər.

Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Reaksiya.az

Şərhlər