“Möhtəşəm əsr - Kösəm Sultan”da yeni sima

16.08.2015 13:15     Artreaksiya     2758

“Tims Production”nın prodüsserlik etdiyi “Möhtəşəm əsr-Kösəm Sultan” serialı yeni sezonda ekranda olacaq. Zeynəb Günay Tan və Dəniz Koloşun rejissorluq etdiyi, baş rollarında isə Beren Saat, Hülya Avşar, Mete Horozoğlu, Ekin Koç, Berk Cankat və Kadir Doğulu kimi məşhurların yer aldığı seriala daha bir aktyor qatılıb.

Reaksiya.az xəbər verir ki, həmin məşhur daha əvvəl “Mənim adım Gültəpə” və “Sevdam alabora” seriallarında rol alan İlkər Kızmazdır.

Qeyd edək ki, “Möhtəşəm Yüz il”in final seriyasından sonra ilk fraqmenti yayımlanan serialın ilk seriyalarında Kösəm Sultan rolununun uşaqlığı ekrana gələcək. Beren Saat isə ssenariyə uyğun olaraq 9-cu seriyadan sonra rol almağa başlayacaq.

Çəkilişlərinə Yunanıstanın Egey dənizi adalarında başlanan serial üçün yeni aktyorlarla da razılıq əldə olunub. Serialın növbəti fraqmenti avqustun sonunda yayımlanacaq.

Şərhlər