Azərbaycanlı aktyorun evində partlayış olub, vəziyyəti ağırdır

23.02.2021 13:10     Artreaksiya     698

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Əməkdar artist Elnur Kərimov facebook hesabında məlumat verib.

Onun sözlərinə görə, C. Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

Reaksiya.az

Şərhlər