"2 evim var, amma azdır 20 olmalıdır" - Afət Fərmanqızı

08.06.2021 11:48     Artreaksiya     151

Ayağımı yorğanıma görə uzadıram.

Reaksiya.az xəbər verir ki,  bu sözləri müğənni Afət Fərmanqızı "SözBaz" verilişinə qonaq olarkən deyib. 

O, verilişdə Şəbnəm Tovuzludan danışaraq, onu qınayıb:

"Avtomobili, evi kreditdə olanı, hər şeyini satıb pulunu yeyəni var. Bank nədir bilmirəm, çünki ayağımı yorğanıma görə uzadıram. Gündəmdə olan müğənnilərdən danışacam. Tutaq ki, Şəbnəm Tovuzlu. Birinci qazancı konsertlərə, bahalı kliplərə, yatırım edirlər. Niyə kredit ödəyirsən, kifayət qədər baha toyalara gedirsən. Sənin Bakı şəhərində 5-6 yerdə evin olardı. Bu gün kirayə verib, pulların da oturub yeyərdin".

Aparıcının "Sizin eviniz var?" sualına "2 çox azdır. 2 yox 20 olmalıdır əslində, amma 20 deyil, biraz azdır. O mahnı sayəsində il yarıma istədiyim madiyyatı əldə etdim. Mən də konsertlər edə bilərdim, amma birinci güzəranımı qurdum" cavabını verib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar