Hollivud ulduzu aləmi bir – birinə vurub - FOTOLAR

17.08.2015 12:10     Artreaksiya     2434

Hollywood ulduzu Scarlett Johansson həyat yoldaşı Romain Dauriac ilə çıxdığı gizli İstanbul tətilində obyektivdən qaça  bilməyib. Johansson bir dəzgahdan aldığı şalla üzünü gizləməyə çalışıb, həyat yoldaşı isə aləmi bir – birinə vurub.

Kino ulduzu Scarlett Johansson, ötən il gizlicə evləndiyi, 1 yaşındakı qızı Rose Dorothynin atası jurnalist Romain Dauriac ilə İstanbula gəlib. Cütlük dünən gecə sahildəki bir kafeyə girən Johansson və Dauriac cütlüyü Boğaz mənzərəsində şərab içiblər.

Reaksiya.az xəbər verir ki, fotoşəkillərini çəkən müxbirlərə söyüşlər söyən Romain Dauriac çətinliklə dayandırdığı taksiyə mindikdən sonra obyektivlərə orta barmağını göstərərək hadisə yerindənh uzaqlaşıb.

Şərhlər

Çox oxunanlar