Murat oxuyub, Merve ağlayıb

17.08.2015 12:40     Artreaksiya     2829

Ulduzlu Gecələr 16 avqust axşamı Hərbiyə Cəmil Topuzlu açıq hava səhnəsində Türk pop musiqisinin zirvədəki adı Murat Dalkılıçı qonaq edib.

Dalkılıç kariyerasının ilk konsertini yeni istehsal şirkəti ilə həyata keçirib.Konsert zalına onu gözləyən pərəstişkarlarının alqış sədaları altında gələn sənətçi səhnəyə tüstülər arasında çıxıb.İlk mahnısından sonra Hərbiyəni başdan ayağa dolduran sevənlərinə səslənən gənc ulduz bildirib ki, onlarla ilk dəfə Hərbiyyədə görüşürük və bu bizim ən xüsusi konsertdir, bu gecəni unutmaq olmaz.

Keçdiyimiz aylarda itirdiyimiz Türk musiqisinin ustadı Kayahan'ın da xatırlamağı da unutmayan Dalkılıç konsertinin ilk hissəsində, əfsanə adın dillərdən düşməyən mahnılarını da səsləndirib.Konsert boyunca enerjisi ilə musiqisevərlərini coşduran Dalkılıç konsertinin ən böyük sürprizini isə ikinci hissədə imza atıb.Evlilik hazırlığında olduğu aktrisa sevgilisi Merve Boluğura xüsusi olaraq yazdığı mahnını ilk dəfə səsləndirən Murat Dalkılıç Hərbiyyədə romantik anlar yaşayıb. Boluğur isə ona həsr olunan mahnı əsnasında gözyaşlarına hakim ola bilməyib.

 

Şərhlər

Çox oxunanlar