“Yurdum, yuvam məskənimsən, Azərbaycanım” tədbiri keçirilib - FOTOLAR

17.08.2015 12:48     Artreaksiya     3140

2015-ci ilin iyul ayından start verilən “Yurdum, yuvam məskənimsən, Azərbaycanım” devizi altında Lənkəranın Bürcəli kəndində növbəti tədbir təşkil olunub.

Reaksiya.az-ın məlumatına görə,  tədbirdə çıxış edən  Mamusta  kənd folklor evinin rəhbəri Nurlana İbrahimova və Bürcəli Yaradıcılıq evinin direktoru Zəfər Rəhimov Azərbaycanda gedən inkişaf haqqında, xüsusi ilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində mədəni-maarif müəssisələrin rolu barəsində danışdıblar.

Tədbirdə bədii qiraət ustaları Səməd Vurğunun “Azərbaycan” şeirini ifa ediblər. Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə “Azərbaycan-ana Vətən, Yurdum oy!” publisistik qeydlərini səsləndirib.  Rəqs ustaları Gülnar və Anar Nağiyevlər “Süleymani” rəqsini, tanınmış bədii qiraət ustası Ağacəfər Fətullayev  “Azərbaycan deyəndə” adlı ədəbi-bədii kompozisiyasını, Xalid və Cavid qardaşları milli mahnılar ifa edibilər. Konsertdə Mamusta folklor, Hirkan və Bürcəli yaradıcılıq evlərinin, Daşdalıqjar, Səpnəkəran, Alazəpin, Xanbulan kənd sənətkarlıq və Daşdatük, Biləsər kənd diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivləri iştirak edib.

 

Şərhlər

Çox oxunanlar