Atamın vəziyyəti normallaşır - Muxtar Maniyevin oğlu

17.08.2015 16:35     Artreaksiya     2594

Bir neçə gün öncə ayağı amputasiya olunan Azərbaycanın xalq artisti Muxtar Maniyev palataya köçürülüb.

Reaksiya.az xəbər verir ki, bu barədə aktyorun oğlu məlumat verib.

“Artıq atamın vəziyyəti normallaşır. Həkimlər səhhətinin yaxşılaşaçağına əmindirlər. Bu gün onu palataya köçürdük".

Qeyd edək ki, Muxtar Maniyev avqustun 6-da Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Bundan sonra avqustun 11-də onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

 

Şərhlər