Hollivudun aktyorları bir araya gəldi - “Teen Choice Awards”

17.08.2015 16:44     Artreaksiya     2826

ABŞ-da "Teen Choice Awards 2015" mükafatlarının təqdim olunma mərasimi baş tutub. Səsvermədə 26 iyun 2015-ci ilə qədər 50 Amerika ştatının sakinləri iştirak edib. Mərasim FOX telekanalı ilə canlı yayımlanıb.

Elmi-fantastik filmdə ən yaxşı aktyor "Ac oyunlar: Zığ-zığı masqaraçı. Birinci hissə" filmindəki roluna görə Liam Hemsvort seçilib. "Əgər mən qalsam" filmində baş rolu oynayan Hloya Qreys Morets isə dramatik filmdə ən yaxşı aktrisa adını qazanıb. Bu layihə "ən yaxşı dram filmi" kateqoriyasında da qalib gəlib. "Ən yaxşı dramatik aktyor" nominasiyasında "Uzun yol" filmindəki roluna görə Skott İstvud qalib gəlib.
 

Emma Roberts

Emma Roberts

"Döyüş filmi" janrında ən yaxşı film "Forsaj 7" seçilib. Filmdə baş rollardan birini ifa edən Pol Uoker ən yaxşı döyüş filmi aktyoru seçilib. Ən yaxşı komediya aktrisası Emi Şumer seçilib. 

Britni Spirs

Britni Spirs

Vin Dizel

Vin Dizel

Televiziya layihələri bölməsində qalib "Vampirin gündəlikləri" serialı (ən yaxşı fantastik teleşou) qalib gəlib. Bu filmdə rol alan Nina Dobrev "fantastika və fentezi" janrında ən yaxşı aktrisa seçilib. "İlin açılışı" nominasiyasında qalib "İmperiya" serialı olub. "Ən yaxşı komediya serialı aktyoru" kateqoriyasında Ross Linç ("Ostin və Elli") qalib gəlib.

Xatırladaq ki, mükafat olaraq bütün laureatlara serfinq lövhəsi hədiyyə edilir.

Nİna Dobrev

Nİna Dobrev

Skott İstvud və Rita Ora

Skott İstvud və Rita Ora

Ellen Deceneres

Ellen Deceneres
 

Şərhlər