"Hər gün bu ağrını keçirirəm" - Fəxrəddin Manafov

16.08.2021 14:07     Artreaksiya     586

"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi".

Reaksiya.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib:

"O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur".

Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar