DokuBaku, 6-cı Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbuluna başlanıldığını elan edir

21.04.2022 12:42     Artreaksiya     115

DokuBaku, 6-cı Beynəlxalq Sənədli Film Festivalında iştirak üçün ərizələrin qəbuluna başlanıldığını elan edir
 
Reaksiya.az xəbər verir ki, builki buraxılışın əsas mövzusu Re≈MC2VOLUTiON/OFF-dır (Təkamülə qarşı inqilab). Festival 21-25 sentyabr 2022-ci il tarixlərində Bakıda keçiriləcək.
Bəşəriyyət artıq təkamülə arxalanmır. Bu gün insanları, növlərin təbii inkişafını tarazlaşdıran elm daha çox maraqlandırır. Həyatın sürəti günü-gündən artıdığından onu yavaşlatmaq artıq qeyri-mümkündür. Bu gün yer üzündə mövcud olma artıq səbirsizliklə şərtlənir, belə ki, tələskənlik, təcililik və cəldlik bizim reallığımıza çevrilir.
 
Müasir cəmiyyətin digər problemi isə enerji çatışmazlığıdır. Gündəlik hadisələr burulğanında insanlar daxili mənəvi güclərinin çatışmazlığını doldurmaq üçün getdikcə daha az qaynaq alırlar. Yuxu və həblər artıq xilas etmir. Kimsə cismini və ruhunu qüvvətləndirmək üçün təbiət və meditasiyanın köməyinə müraciət edir. Lakin insanlıq, zaman və resurslara münasibətini yenidən nəzərdən keçirməzsə, hamımız növbəti şəfəqə gecikə bilərik.
Bütün kinematoqrafçıları, aşağıdakı nominasiyalar üzrə təqdim olunacaq əsas müsabiqədə iştirak etmək üçün inqilaba və təkamülə qarşı durmaqla bağlı ideyalarını bölüşməyə dəvət edirik:
 
- Ən yaxşı tammetrajlı sənədli film
- Ən yaxşı qısametrajlı sənədli film
- Ən yaxşı yerli sənədli film
- Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)
 
Erkən ərizə müraciətinin tarixi – 13 may
Aralıq ərizə müraciətinin tarixi – 13 iyun
Ərizə müraciətinin son tarixi- 12 iyul
 
Seçilən filmlər 2 avqust 2022-ci il tarixində elan ediləcəkdir.
 
Festivalın əsas proqramına daxil edilməyən filmlərə gəlincə, bu il onlar #NewEye mövzusuna həsr olunmalı, insanların dünyagörüşünə təsir edən mühüm dünya hadisələri və tendensiyalarından sonra insanın yenilənməsi axtarışlarını əks etdirməlidir.\
Həmçinin festival çərçivəsində DokuUA Ukrayna kinematoqraflarının sənədli filmlərinin retrospektivi nümayiş olunacaq.
 
Festivalın əsas mükafatı bütün nominasiyalarda qaliblərə təqdim edilən iHuman, həmçinin kinematoqrafiyada xüsusi nailiyyətlərə görə verilən iCyborg mükafatıdır. Əsas müsabiqədən kənar - No Main Competition - filmlər NewEYE mükafatına layiq görüləcək.
 
Festivala ərizə müraciəti https://filmfreeway.com/DBIDFF platformasında həyata keçirilir.
 

Şərhlər