Əfsanəvi ulduzun yaşadığı ev kirayəyə verilir

27.08.2015 12:00     Artreaksiya     2652

Hollivudun əfsanəvi ulduzlarından olan Merilin Monronun Nyu-Yorkda yaşadığı ev kirayəyə verilir. Aylığı 27,5 min dollar verilən mənzil Mərkəzi Parkdan bir neçə dəqiqəlik məsafədədir.

Reaksiya.az xəbər verir ki, əslində bu evin sahibi Merilin Monro deyil, aktrisanın yaxın dostu Milton Qrin olub. Böyük mənzilin 4 yataq otağı, iki vanna otağı, geniş mətbəxi və kaminli qonaq otağı, eləcə də yaşıllaşdırılmış balkonu var. Evi kirayə verənlər bildirirlər ki, onlar hər şeyi "köhnə Hollivud qlamuru" stilində qoruya biliblər. 
Xatırladaq ki, Qrinlə Monro "Marilyn Monroe Productions" prodüser şirkətini yaradıblar.

Uzun illər ərzində Qrin aktrisanı bütün səfərləri boyu müşayiət edərək, onun fotolarını çəkib. Məhz bu fotolar ona dünya şöhrəti, bir sıra milli və beynəlxalq adlar, medallar və mükafatlar qazandırıb.

Merilin Monronun yaşadığı ev kirayə verilir

Merilin Monronun yaşadığı ev kirayə verilir

Merilin Monronun yaşadığı ev kirayə verilir

Merilin Monronun yaşadığı ev kirayə verilir

 

Şərhlər

Çox oxunanlar