“Uşaqlıqda mənim uşaq olmaq şansım yox idi” - Məşhur kino aktyoru

27.08.2015 13:55     Artreaksiya     3307

“Evdə tək” filmi ilə dünya şöhrəti qazanmış amerikalı aktyor Makoley Kalkin avqustun 26-da 35 yaşını qeyd etdi.

Reaksiya.az xəbər verir ki,90-cı illərin kino ulduzu hazırda demək olar ki, heç bir filmdə çəkilmir, onun adına yalnız kriminal xəbərlərində rast gəlmək olar. Aktyorun həyat qaydalarını oxuduqca, onun əslində necə acınacaqlı həyat yaşadığının şahidi olarıq.

Uşaqlıqda mənim uşaq olmaq şansım yox idi. Mən təqaüdə 14 yaşımda çıxmışam.

İnsanlar hələ də məni küçədə tanıyırlar. Adətən, eşitdiyim ilk şey "Bütün bu illər ərzində harda idin?" sualı olur. Bir qayda olaraq, bundan dərhal sonra "Hə, sən böyümüsən" deyirlər.

“Evdə tək” filminin ulduzu: “Uşaqlıqda mənim uşaq olmaq şansım yox idi”

Haqqımda yayılan xəbərlərə baxmayaraq, mən heç vaxt narkotik asılılığından müalicə olunmamışam, həbsxanada yatmamışam. Məni bircə dəfə həbs ediblər. Ümumiyyətlə, keçmiş ulduz uşaqlarla bağlı olan strereotiplərdən qaçmağa çalışıram.

Özüm haqqında çoxlu müxtəlif yalanlar eşitmişəm. Bir dəfə vəkilim mənə zəng edərək, "Mak, sən hələ sağsan?" deyə, soruşmuşdu. Mənsə cavabda dedim ki, "Əlbəttə sağam. Divanda oturmuşam". "Mənə indicə CNN-dən zəng etmişdilər, dedilər ki, sən həddən artıq narkotik qəbulundan ölmüsən"- dedi.

Sadə həyat yaşayıram. Balıqlarımı yemləyirəm, itlərlə gəzirəm, yemək bişirirəm və bəzən mənə dəyərli olan insanlarla görüşürəm.

“Evdə tək” filminin ulduzu: “Uşaqlıqda mənim uşaq olmaq şansım yox idi”

Mən özümü adi insan kimi aparanda elə bilirlər dəliyəm. Marixuanaya görə həbs olunanda hətta sevindim. Düşündüm ki, yaxşı oldu, indi insanlar mənim barəmdə gözlədikləri və istədikləri şeyləri eşidəcəklər.

İnsanların çoxu üçün mən hələ də uşağam. Bu həm xoşbəxtlik, həm də lənətdir.

Vaxt var idi, gündə 100 müsahibə verirdim. Elə bir yerdə otururdum ki, təmiz hava, pəncərə, heç nə yox idi. 70-ci jurnalist o qədər darıxdırıcı və yavaş danışırdı ki, hansısa anda mən də "söndüm".

“Evdə tək” filminin ulduzu: “Uşaqlıqda mənim uşaq olmaq şansım yox idi”

16 yaşım olandan bəri çox qapalı həyat keçirirəm.

Valideynlərim mənə əslində nə qədər qazandığımı deməməklə, yaxşılıq edirdilər. Buna görə də ən adi insanların arasında ən adi uşaq kimi böyümüşəm.

Makoley Kalkin ailəsi ilə

Makoley Kalkin ailəsi ilə

 

Tanıdığım aktyorların arasında mən ən az tələbat olan aktyoram.

Arzulana biləcək şöhrətim var idi. Ancaq mən bütün bunlardan qaçdım və peşman deyiləm.

Makoley Kalkin və Maykl Cekson

Makoley Kalkin və Maykl Cekson

 

Şərhlər