Cennifer Lopes keçmiş günlərə qayıtdı

27.08.2015 15:11     Artreaksiya     3647

ABŞ-ın məşhur müğənnisi və aktrisası Cennifer Lopes “El Mismo Sol” adlı mahnısına klip çəkdirir.

Reaksiya.az xəbər verir ki, o, klip çəkilişləri üçün imicini dəyişib.

Cennifer musiqi karyerasına başladığı illərdəki imicinə qayıdaraq məhəllə qız obrazına girib.

Bruklində aparılan çəkilişlərdə Lopes məhəllə sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Şərhlər