"Sizə qurban olaram" - Xatirə İslamdan statusa cavab

27.08.2015 15:48     Artreaksiya     3354

Müğənni Xatirə İslamın İnstagram səhifəsində paylaşdığı status insanlar tərəfindən birmənalı qarşılanmayıb. Xatirə İslamın onu toya baha qiymətə getməkdə ittiham edənlərə cavab olan bu status xəbər saytlarında da gündəmə gətirilib, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Çoxları müğənnini işlətdiyi ifadələrə görə qınayıb.

Rekasiya.az müğənni ilə əlaqə saxlayıb statusundakı hiddətin nədən qaynaqlandığını öyrənməyə çalışıb. Təəssüf ki, Xatirə İslam sosial şəbəkədə yazdıqlarının elə orada qalmağını istədiyini bildirib: “Sizə qurban olaram, mən İnstaqramda yazdıqlarımın elə oradaca qalmasını istəyirəm və bununla bağlı heç nə danışmaq istəmirəm. Başqa suallarınız varsa, məmnuniyyətlə cavablandırmağa hazıram. Öpürəm sizi, özünü qoruyun”.

Xatırladaq ki, Xatirə İslam sosial şəbəkələrdə aşağıdakı sözləri yazmışdı:

"Mən başa düşə bilmirəm ki, sosial şəbəkədə bizi tənqid edənlərin işi-gücü yoxdur? Allah istəməsə, ağacdan bir yarpaq düşə bilərmi? Deməli, Allah istəyir ki, kimsə ayda 100 min manat, kimsə 10 min manat yesin. Gəlin, Allahın işinə burnumuzu soxmayaq. Çox pulun dərdi çoxdur, yəqin sizin gücünüz 100 manat qazanacaq qədərdi. Başqa müğənniləri deyə bilmərəm, amma mən istəyərdim ki, Allah mənim 10 minlərimi alıb bizi tənqid edənlərə versin. Amma sizin bütün sağlamlığınızı mənə versin. Balanızın sağlamlığını da balama versin. Razı olardınız? Dərin düşünün, mən razıyam. Futbolçularımız, həkimlərimiz var ki, milyon qazanır. Allah kimin nəyi varsa, özünə versin. Bu müğənnilərdən nə istəyirsiz? Vallah düz deyirəm. Bizdə milyonçu müğənni yoxdur, hamısı şoudur. Nə qədər pulumuzu sayacaqsız, biz artmayacağıq. Axırda da əsəbdən, stressdən xəstəlik tutacağıq və sonda öləcəyik".

Şərhlər