Məşhur cütlük boşanır

27.08.2015 16:53     Artreaksiya     3239

Üç il əvvəl möhtəşəm bir toyla evlənən aktrisa Aslı Enver və özü kimi aktyor olan həyat yoldaşı Birkan Sokullu boşanır.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı cütlüyün vəkilləri verib.

O açıqlamasında bildirib ki, Aslı Enver və Birkan Sokullu 13 iyul 2012-ci il tarixində başlayan evliliklərini razılaşama yolu ilə sonlandırmaq qərarı alıb:

“Həyatlarına bundan sonra da dost olaraq davam etmək istəyən tərəflərin hörmət çərçivəsində başlayan münasibətləri eyni şəkildə sona çatıb. Mövzünun həssaslığını nəzərə alaraq, bu məsələdə çıxacaq xəbərlərə diqqət göstərilməsini tərəflər adından xahiş edirəm”.

Şərhlər