Antonio Banderos tələbə oldu - VİDEO

28.08.2015 13:11     Artreaksiya     2489

Aktyor və rejissor Antonio Banderos "Central Saint Martins" Britaniya kollecinin tələbəsi olub.

Reaksiya.az xəbər verir ki, İnstagram sosial şəbəkəsində paylaşdığı fotoda 55 yaşlı Banderas manekenlərin fonunda çəkilib.

"Central Saint Martins-də təhsilin ikinci həftəsi başlayır. Bu, həm dolğun, həm də həyəcanlı, ciddi və əyləncəlidir. "Central Saint Martins" dünyada ən yaxşı məktəblərdən biridir. Parta arxasında oturarkən özümü gənc hiss edirəm. Əlbəttə ki, mən öz peşəkar fəaliyyətimi dayandırmayacam, ancaq bu tamamilə fərqli bir şey olacaq", - deyə aktyor Britaniyanın ITV kanalında Loose Women teleşousunda bildirib.

Antonio Banderas moda təhsili alacaq

"Central Saint Martins" - Böyük Britaniya paytaxtında yerləşən kollecdir və London incəsənət universitetinin bir hissəsidir. Burada oxuyanlar aktyor sənəti, dizayn, moda, qrafika və rəssamlıq kimi istiqamətləri seçə bilirlər. Fashion-təhsil sferasında liderlərdən biri olan kollecin dizayn fakultəsində Con Qalyano, Stella Makkartni, Aleksandr Makkuin, Zak Pozen, Rikardo Tişi kimi dizaynerlər təhsil alıb.

Şərhlər