Tarkan Ardaya "Ayağını zədələyibsən" dedi - VİDEO

29.08.2015 13:10     Artreaksiya     2988

Türkiyənin məşhur müğənnisi Tarkan konsert zamanı “Barselona” futbol klubunun oyunçusu Arda Turanı təbrik edib və ona “Sən başqasan” adlı mahnısını ərməğan edib.

Reaksiya.az xəbər verir ki, bir gün öncə Harbiyədə səhnədə yer alan Tarkan pərəstişkarlarına möhtəşəm bir konsert verərkən meqastara qulaq asanlar arasında milli futbolçu Arda Turan və sevgilisi Aslıhan Doğan da olub.

Tarkan konsert zamanı Arda Turana müraciət edib: "Ayağını zədələyibsən, keçmiş olsun, arzularımı qəbul et. Səninlə fəxr edirəm, qardaşım. Çox böyük uğurlar əldə edəcəksən".

Müğənni daha sonra “Bu mahnını qardaşım Ardaya ərməğan edirəm” deyib və “Sən başqasan” mahnısını səsləndirib.

Zala toplaşanlar bu mahnıya böyük bir coşquyla qulaq asıb.

Şərhlər

Çox oxunanlar